Şrift:
Müdafiə Nazirliyi Bakı şəhərinin azad olunmasının 102-ci ildönümü ilə bağlı maraqlı paylaşım edib
15.09.2020 [11:02] - Xəbərlər, Siyasət
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Bakı şəhərinın azad olunmasının 102-ci ildönümü münasibətilə sosial media hesablarında maraqlı paylaşım edib.

Nazirliyin sosial media hesablarında yerləşdirilən infoqrafikada qardaş Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin möhtəşəm birgə hərbi təlimlərindən çəkilən fotoşəkil nümayiş etdirilib. Təlimlərin əhəmiyyəti ilə yanaşı, qardaşlıq əlaqələrimizin qüdrətini də qabarıq şəkildə nümayiş etdirən infoqrafikada “15 sentyabr – Bakı şəhərinin azad edildiyi gündür!” və “Qardaş-qardaşa arxa durarsa önündə dayanmaz düşmən!” ifadələri yer alıb.
Bu xəbər oxucular tərəfindən 52 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed