Şrift:
ADA-nın tələbələri universitetin tərəfdaşları ilə birgə Bilik günü münasibətilə xeyriyyə kampaniyası təşkil ediblər
15.09.2020 [11:23] - Gündəm, Bildiriş
ADA Universiteti tələbələrinin təşkilatçılığı, universitetin tərəfdaşlarından olan “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin baş sponsorluğu, ADA Universitetinin Fondu, ADA Könüllülər Hərəkatı, “Libraff” Mağazalar Şəbəkəsi və “Balxurma” şirkətinin birgə dəstəyi ilə “Təhsilli gənc gələcəyin qəhrəmanıdır” şüarı altında xeyriyyə kampaniyası təşkil edilib.

Bu barədə ADA Universitetindən məlumat verilib. Bildirilib ki, 15 sentyabr - Bilik günü ərəfəsində təşkil edilən xeyriyyə kampaniyası çərçivəsində ADA-nın Könüllülər Hərəkatının üzvləri və universitetin əməkdaşlarından ibarət komanda 16 nəfər Qarabağ müharibəsi əlili və veteranlarının ailələrini ziyarət edib, onların müxtəlif yaş qruplarından olan məktəbli övladlarını yeni dərs ilinin başlaması münasibətilə təbrik edib.

Bakının Nərimanov və Yasamal rayonlarında, Binə və Biləcəri qəsəbələrində və Sumqayıt şəhərində yaşayan ailələrdəki 25 şagirdlə mövcud karantin qaydalarına riayət etməklə görüşən tələbələr onlara kitab, məktəb ləvazimatları və qida məhsullarından ibarət hədiyyə qutuları təqdim ediblər.

Şagird və valideynlər xoşməramlı kampaniyanın təşkilinə və göstərilən diqqətə görə təşəkkür ediblər.
Bu xəbər oxucular tərəfindən 191 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed