Şrift:
İsrailin Suriyada yeni hücumu nəticəsində İrana bağlı 10 yaraqlı həlak olub
15.09.2020 [11:43] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Suriya İnsan Haqlarına Nəzarət Qrupunun rəhbəri Rami Əbdülrəhmanın yaydığı məlumata görə, Suriyanın şərqində, Deyr əz-Zor əyalətinin Əbu Kamal bölgəsində həyata keçirilən həmin hücum nəticəsində 2 suriyalı, 8 isə iraqlı yaraqlı həlak olub.


O qeyd edib ki, silah-sursat anbarı və hərbi maşınların da məhv edildiyi həmin əməliyyatın İsrailin Hərbi Hava Qüvvələri tərəfindən həyata keçirildiyi ehtimal edilir.


Qeyd etmək lazımdır ki, sentyabrın 3-də Suriyada baş tutmuş daha bir hücum nəticəsində İrana bağlı 16 yaraqlı həlak olmuşdu.
Bu xəbər oxucular tərəfindən 197 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed