Şrift:
ran Amerikanın Cənubi Afrikadakı səfirinə sui-qəsd hazırlayır
15.09.2020 [11:45] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə "Politico" nəşri adlarını açıqlamadığı amerikalı rəsmilərə istinadən məlumat yayıb.


Bildirilir ki, əldə edilən kəşfiyyat məlumatları İranın Qasım Süleymanının intiqamını almaq üçün belə bir plan hazırladığını göstərir. İranın Pretoriyada akkreditə edilmiş səfiri də sui-qəsd planına cəlb olunub.


"Politico" qeyd edir ki, İran səfirə qarşı terror hücumu həyata keçirərək onu qətlə yetirsə, bu, hazırda prezident seçkiləri ərəfəsində Donald Trampın seçki kampaniyasına ciddi zərbə vura, onu cavab tədbiri görməyə məcbur edə bilər.


Amerikalı rəsmilər nəşrə bildiriblər ki, rəsmi Tehranın Lana Marksa qarşı sui-qəsd planından yaz aylarından məlumatlıdırlar.


Xatırladaq ki, yanvar ayının 3-də Qasım Süleymaninin Bağdad hava limanı yaxınlığında ABŞ tərəfindən öldürülməsindən sonra İranın "dini lider"i Əli Xamneyi bu əməliyyatda əli olmuş hamıdan "ağır intiqam" alacaqlarını iddia etmişdi.
Bu xəbər oxucular tərəfindən 195 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed