Şrift:
Gəncədə külli miqdarda narkotik maddə qanunsuz dövriyyədən çıxarılıb
16.09.2020 [10:58] - Gündəm, Hüquq
Gəncədə külli miqdarda narkotik maddə qanunsuz dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan bildiriblər ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinə bilavasitə tabe olan qərb regional şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Oğuz rayonunun Bayan kənd sakini, əvvəllər məhkum olunmuş Elşad Cabbarov saxlanılıb. Ona məxsus fərdi evə baxış keçirilən zaman yardımçı tikilidən 1 kiloqram 600 qram çəkidə qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində rayonda Otmanlı adlanan bağın ərazisində ümumi çəkisi 6,4 kiloqram olan və xüsusi aqrotexniki qaydada qulluq edilmiş 232 çətənə (kannabis) bitkisi və 48 kiloqram 200 qram qurudulmuş marixuana aşkar olunub.

Faktla bağlı təhqiqat davam etdirilir.
Bu xəbər oxucular tərəfindən 37 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed