Şrift:
Abşerondakı uşaq bağçaları fəaliyyətə başlamağa hazırdırlar
16.09.2020 [11:14] - Gündəm, Sosial
Abşeron Rayon İcra Hakimiyyəti rayon ərazisində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin müdirləri ilə videokonfrans təşkil edib. Bu il oktyabrın 1-dən açılacaq bağçalarda görüləcək işlərə həsr olunan konfransda bildirilib ki, rayonun bütün bağçalarında dezinfeksiya tədbirləri görülüb və bu işlər davam etdirilir.

Konfransda rayon ərazisindəki məktəbəqədər təhsil müəssisələrinin pandemiya dövründə fəaliyyətə başlamasına hazır olduğu bildirilib. Qeyd edilib ki, COVID-19 pandemiyası dövründə açılacaq bağçalarda Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi əməl olunacaq. Məktəbəqədər təhsil müəssisələrinin dezinfeksiyaedici məhlullarla, məsafədən hərarəti ölçən aparatlarla təminatı istiqamətində lazımi tapşırıqlar verilib, bağçalarda vətəndaş və uşaq qəbuluna, sosial məsafənin qorunmasına ciddi nəzarətin həyata keçirilməsinin vacibliyi diqqətə çatdırılıb. Hər bir işçinin COVID-19 testindən keçməli olduğu vurğulanıb, bağçalarda gündəlik gigiyenaya, qida rasionuna xüsusi diqqət yetirilməsinin labüdlüyü bildirilib.

Daha sonra bağça müdirlərinin fikirləri dinlənilib, lazımi tapşırıqlar verilib.
Bu xəbər oxucular tərəfindən 276 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed