Şrift:
Son sutkada Özbəkistanda koronavirusa yoluxanların sayı 49 minə çatıb
16.09.2020 [11:22] - Gündəm, Sağlıq
Son gün ərzində Özbəkistanda COVID-19-a 570 nəfər yoluxub və pandemiya dövründə belə xəstələrin sayı 48 min 776 nəfərə çatıb.

Özbəkistan Səhiyyə Nazirliyin xəbər verir ki, gün ərzində bu infeksiyadan 5 xəstə dünyasını dəyişib və ölənlərin sayı 405 nəfərə çatıb.

Ölkənin xəstəxanalarında 3 min 313 koronaviruslu pasiyentin olduğu bildirilir, onların 483-nün vəziyyəti ağır, 245-nin isə çox ağırdır.

Bildirilir ki, son 24 saat ərzində koronavirusdan 532, ümumiyyətlə isə 45 min 58 xəstə sağalıb.
Bu xəbər oxucular tərəfindən 551 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed