Şrift:
Şərur rayonunda hərbi hissəyə 4 ton tərəvəz sovqatı verilib
16.09.2020 [11:23] - Gündəm, İqtisadiyyat
Xalq-ordu birliyinə nümunə olaraq muxtar respublikada hərbi hissələrə meyvə-tərəvəz sovqatlarının verilməsinin davamı kimi Şərur rayonundakı “Vüsal” kiçik müəssisəsinin kollektivi 4 ton kartof və soğanı hərbi hissəyə təhvil verib.

Müəssisənin rəhbəri Mürşüd Həsənov bu gün əsgərlərimizin hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarını qeyd edərək, ayrı-ayrı özəl qurumların, fermer və sahibkarların Vətənin keşiyində dayanan əsgərlərin qayğısına qalmasının, onlara sovqat göndərməsinin mənəvi dəstək olduğunu deyib. Bu, ordu-xalq birliyinin bariz nümunəsidir.

Hərbi hissənin zabiti gətirilən sovqata görə minnətdarlığını bildirib.
Bu xəbər oxucular tərəfindən 166 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed