Şrift:
Ermənistanda koronavirusa yoluxma halları yenidən artıb
16.09.2020 [11:27] - Gündəm, Sosial
Ermənistanda COVID-19 virusuna yoluxma halları yenidən artıb. Son 24 saat ərzində ölkədə daha 257 nəfərdə koronavirus təsdiqlənib.

Bu barədə Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Onların profilaktikası Milli Mərkəzi məlumat yayıb.

Bildirilir ki, yeni artımla ölkədə koronavirusa yoluxanların sayı 46 min 376-ya çatıb.

Pandemiya qurbanlarının sayı daha 3 fakt artaraq 923-ə çatıb.

Digər səbəblərdən ölən koronavirus xəstələrinin sayı isə dəyişməyib – 283.

Hazırda ölkədə 3101 aktiv koronavirus xəstəsinin olduğu bildirilir.
Bu xəbər oxucular tərəfindən 430 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed