Şrift:
Qeyri-neft-qaz məhsullarının ixracı azalıb
16.09.2020 [11:28] - Gündəm, İqtisadiyyat
Yanvar-iyul aylarında qeyri-neft-qaz məhsullarının ixracı 2019-cu ilin eyni dövrü il müqayisədә faktiki qiymətlərlə 8,6 faiz, real ifadədə isə 17,1 faiz azalaraq 1 milyard 35,1 milyon dollara bərabər olub.

Dövlət Statistika Komitəsindən bildirilib ki, qeyri-neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (40,4 faiz), Türkiyəyə (19,8 faiz), İsveçrəyə (10,4 faiz), Gürcüstana (8,1 faiz), Çinə (3,1 faiz), Ukraynaya (2,4 faiz), İtaliyaya (2 faiz), Qazaxıstana (1,6 faiz), İrana (1,2 faiz), Türkmənistana (1 faiz), Belarusa (0,9 faiz), ABŞ-a (0,9 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.
Bu xəbər oxucular tərəfindən 170 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed