Şrift:
Almaniya elektrik enerjisi tariflərini azaldır
17.09.2020 [10:04] - Xəbərlər, İqtisadiyyat
Almaniya Federativ Respublikasında (AFR) bərpaolunan mənbələr vasitəsilə istehsal olunan elektrik enerjisinin payı artır. Artıq Almaniyanın Federal Hökuməti bununla əlaqədar olaraq əhali üçün elektrik enerjisi tariflərini bu ilin sonunadək azaltmaq barədə müzakirələr aparır.

Bu günlərdə ölkə hökumətinin müvafiq qurumunun hesabatında külək stansiyalarında istehsal olunan elektroenerjinin “yaşıl” elektrik enerjisinin bütün digər növlərindən daha əhəmiyyətli olması qeyd olunub. Hazırda AFR-də elektroenerjinin təxminən 35 faizini istehsal edən külək elektrik stansiyaları Atom Elektrik Stansiyası (AES) və İstilik Elektrik Stansiyasından (İES) sonra üçüncü yerdədir. Ümumilikdə isə ölkədə ekoloji enerjinin payı ilk yarım il ərzində 6 faizdən çox artaraq istehlak edilən elektrik enerjisinin yarıdan çoxunu təşkil edib.

Külək energetikasından başqa günəş, bioqaz və geotermal mənbələrin enerjisindən də istifadə olunur.

Əbəs yerə deyil ki, dünyada, o cümlədən Azərbaycanda alternativ enerji mənbələrinə böyük diqqət göstərilir. Maya dəyəri yüksək olmayan alternativ enerji mənbələrinin ətraf mühiti çirkləndirmə səviyyəsi, demək olar ki, sıfıra bərabərdir.
Bu xəbər oxucular tərəfindən 37 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed