Şrift:
Amerika İranın iki nazirinə qarşı sanksiya tətbiq etdi
10.11.2012 [11:00] - Güney Azərbaycan xəbərləri
ABŞ (Amerika Birləşmiş Ştatları) birtərəfli sanksiyaların tətbiq edildiyi şəxslərin siyahısına dəyişiklik edib.

İranın Rabitə və Mədəniyyət nazirlərinin də adları siyahıya daxil edilib. Bu barədə Dövlət Departamentinin (xarici işlər nazirliyi) saytı məlumat yayıb.

“Dövlət Departament Konqresi məlumatlandırıb ki, dörd iranlı məmur və beş İran şirkəti ölkədə söz və toplaşma azadlığının, eləcə də, çap və elektron mətbuata çıxışın məhdudlaşdırılmasına, beynəlxalq peyk yayımının qarşısının alınmasına yönələn hərəkətlərinə görə sanksiya siyahısına daxil ediliblər. Bütün fiziki şəxslər və vətəndaşlara adıçəkilən iranlı məmurlar və şirkətlərlə sövdələşmələr qadağan edilir”, – Dövlət Departamentinin məlumatında deyilir.

Amerika qanunvericiliyinə görə, bu şəxslərin və şirkətlərin ABŞ ərazisindəki bütün hesabları dondurulacaq.
Bu xəbər oxucular tərəfindən 1010 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed