Şrift:
Beynəlxalq Muğam Mərkəzi və İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi birgə layihə təqdim edəcək
17.09.2020 [10:09] - Xəbərlər, Mədəniyyət
Hər il sentyabrın 18-də dahi bəstəkar, Azərbaycan peşəkar musiqisinin banisi Üzeyir Hacıbəylinin doğum günü ölkəmizdə ənənəvi olaraq Milli Musiqi Günü kimi təntənə ilə qeyd olunur. Mədəniyyət tariximizin bu əlamətdar günü Beynəlxalq Muğam Mərkəzi (BMM) və İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi birgə layihə təqdim edəcək.

BMM-nin “Muğam axşamları” layihəsi 18 sentyabr tarixində İçərişəhərdə Şirvanşahlar sarayı kompleksində, XVII əsrin memarlıq abidəsi olan Yeraltı hamamda və Bakı Xan Sarayının ərazisində onlayn olaraq yayımlanacaq. Konsert proqramında 20-ə yaxın musiqi nömrəsi təqdim olunacaq.

Layihənin konsertləri “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və BMM-nin sosial şəbəkələri vasitəsilə gün ərzində saat 12:00, 15:00 və 17:00-da yayımlanacaq.

Proqramda BMM-nin solistləri, Əməkdar artistlər Səbuhi İbayev, İlkin Əhmədov, Təyyar Bayramov, xanəndələr Mirələm Mirələmov, Kamilə Nəbiyeva, Elgiz Əliyev, Səbinə Ərəbli, Rəvanə Qurbanova, Almaxanım Əhmədli, Ayşən Mehdiyeva çıxış edəcəklər. Solistləri Beynəlxalq Muğam Mərkəzinin musiqi kollektivi müşayiət edəcək.
Bu xəbər oxucular tərəfindən 52 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed