Şrift:
Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçirilir
17.09.2020 [10:24] - Xəbərlər, Sosial
Sentyabrın 17-də Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçirilir. İclasın gündəliyinə 3 məsələ daxil edilib.

İclasda komitənin 2020-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində gördüyü işlər barədə hesabatı dinləniləcək, 2020-ci ilin payız sessiyası üçün 20 bənddən ibarət iş planının layihəsi təqdim olunacaq.

Komitə üzvləri, habelə “Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsini (birinci oxunuş) müzakirə edəcəklər.
Bu xəbər oxucular tərəfindən 51 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed