Şrift:
Prezident İlham Əliyev Yoşihide Suqanı Yaponiyanın Baş Naziri vəzifəsinə seçilməsi münasibətilə təbrik edib
17.09.2020 [11:07] - Xəbərlər, Siyasət
Azərbaycan Prezidenti İlham Əliyev Yaponiyanın Baş Naziri vəzifəsinə seçilməsi münasibətilə Yoşihide Suqaya təbrik məktubu göndərib.

Məktubda deyilir: “Biz Yaponiya ilə dostluq və əməkdaşlıq münasibətlərimizin hərtərəfli inkişafına xüsusi əhəmiyyət veririk. İnanıram ki, ölkələrimiz arasındakı əlaqələrin daha da möhkəmləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın müvəffəqiyyətlə davam etdirilməsi üçün birgə səylər göstərəcəyik”.

Dövlətimizin başçısı yeni Baş Nazirə ən xoş arzularını yetirib, möhkəm cansağlığı, xoşbəxtlik, dost Yaponiya xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətində uğurlar diləyib.
Bu xəbər oxucular tərəfindən 202 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed