Şrift:
“Rusiya bizə heç vaxt Ermənistana verdiyindən daha yaxşı silah verməyəcək”
17.09.2020 [17:47] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “İşğalçıya dəstək verən dövlətə etibar etmək olmaz”

Məlum olduğu kimi, Minsk qrupunun həmsədri olan Rusiya işğalçı Ermənistanı silahlandırmaqda davam edir.

Azərbaycan Rusiyanın işğalçıya verdiyi dəstəyə cavab olaraq, onunla hərbi əməkdaşlıqdan imtina edə bilərmi? Belə bir addım ölkəmizin maraqlarına nə dərəcədə cavab verir?

Moderator.az-a açıqlama verən sabiq millət vəkili Fərəc Quliyev, Azərbaycanın bu yöndə ciddi addımlar atmasının vacibliyinə toxundu:

“Vasitəçi kimi çıxış edən Rusiya faktiki olaraq həm KTMT-də Ermənistanla bir yerdədir, həm də Gümrüdə 102 saylı diviziya yerləşdirib. Bu diviziyanın keçmiş komandiri etiraf edib ki, Dağlıq Qarabağ və ətraf rayonların işğalında bu diviziyanın texnikasından da, canlı qüvvəsindən istifadə olunub. 366-cı alaydan da istifadə edilib.

Rusiya Ermənistanla ortaq ordu yaradıb. Bu ordu Naxçıvanla Qarabağın arasındadır. Bu ordunun kontingentinin 90%-i ermənilərdən ibarətdir.

Biz anlamalıyıq ki, Rusiya heç vaxt bizə Ermənistana verdiyindən güclü silah verməyəcək. Çünki onun Ermənistanda özünün də ordusu var.

İkincisi, Rusiya Azərbaycana ən müasir silahları versə belə, onun ethiyat hissələri və s. var ki, sabah bu təchizatdan imtina edə bilər. Bundna başqa, istehsalçı dövlətlər tərəfindən müasir silahların fəaliyyətini iflic edən sistemlər mövcuddur.İran-İraq müharibəsi zamanı satılan təyyarələr var idi ki, müharibə zamanı bu təyyarələr iflic edildi və onlar havaya qalxmadı. Bu, bizim üçün də müəyyən riskdir.

Rusiya açıq şəkildə Ermənistanın təırəfində dayanır. Tovuz hadisələrindən sonra Rusiyanın Ermənistanı ciddi şəkildə silahlandırması Moksvanın niyyətindən xəbər verir. Buna görə də biz həm arsenalımıza, həm də müttəfiqlərimizə yenidən baxmalıyıq. Bizim müttəfiqlərimiz Türkiyə və Pakistan kimi dövlətlər olmalıdır. Biz hərbi arsenalımızı NATO üzvü olan dövlətlərin silahları ilə möhkəmləndirməliyik. Bu məsələdə Rusiyaya etibar etmək olmaz”.

Seymur ƏLİYEV
Bu xəbər oxucular tərəfindən 180 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed