Şrift:
Dahi bəstəkarın 135 illik yubileyi münasibətilə onlayn konsert təqdim edilib
18.09.2020 [11:14] - Xəbərlər, Mədəniyyət
Ağdaşda dahi bəstəkar Üzeyir Hacıbəylinin 135 illik yubileyi münasibətilə onlayn konsert keçirilib.

Ağdaş Regional Mədəniyyət İdarəsindən bildirilib ki, onlayn konsert idarənin tabeliyində fəaliyyət göstərən Ağdaş rayon Mədəniyyət Mərkəzinin “Gənclik” instrumental ansamblının və rayon Xalq teatrının təqdimatında verilib. Konsertdən əvvəl izləyicilərə dünya şöhrətli böyük bəstəkar Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verilib.

Sonra internet auditoriyasına “Gənclik” instrumental ansamblının ifasında dahi bəstəkarın “Koroğlu” uvertürası, müğənnilərdən Şahin Bəkirovun ifasında “Sevgili canan” və “Sənsiz”, Ceyhun Vahabovun ifasında “Türkün bayrağı”, Taleh Həsənovun ifasında “Qara göz” əsərləri, rayon mədəniyyət mərkəzinin “İgidlər” rəqs qrupunun ifasında “Süleymani” rəqsi və Ağdaş Xalq teatrının ifasında “Arşın mal alan” operettasından səhnəcik təqdim olunub.

Onlayn konsert regional idarənin və rayon mədəniyyət mərkəzinin sosial şəbəkələrdəki səhifələrindən canlı yayımlanıb.
Bu xəbər oxucular tərəfindən 33 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed