Şrift:
Ötən ay Naxçıvanda pensiya ödəmələrinə 14 milyon 627 min manat xərclənib
18.09.2020 [12:02] - Xəbərlər, İqtisadiyyat
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən əhalinin, xüsusilə əmək pensiyaçılarının rahatlığının təmin olunması, onların rifah halının yaxşılaşdırılması istiqamətində tədbirlər daim diqqət mərkəzində saxlanılır. Belə ki, fond ötən ay da üzərinə düşən vəzifə və tapşırıqların yerinə yetirilməsi üçün müvafiq tədbirlər görüb.

Fonddan bildirilib ki, avqust ayında əmək pensiyaları və məcburi dövlət sosial sığorta ödəmələri vaxtından əvvəl maliyyələşdirilib. Pensiya ödəmələrinə 14 milyon 627 min manat, sosial sığorta ödəmələrinə isə 418 min manat vəsait xərclənib.

Müvafiq mərkəzi icra hakimiyyəti orqanı tərəfindən məcburi dövlət sosial sığortahaqqı üzrə fondun xəzinə hesabına 8 milyon 102 min manat vəsait daxil olub.

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya hüququ yaranmış 102 vətəndaşa əmək pensiyası təyin edilib ki, bunlardan 56-sı yaşa, 8-i sağlamlıq imkanları məhdudluğa, 38-i isə ailə başçısını itirməyə görə əmək pensiyasına çıxmış vətəndaşlar olub. Pensiya təyin olunmuş vətəndaşların 46-sı kişi, 56-sı isə qadındır.

Ötən ay fərdi uçot sistemində də işlər davam etdirilib, yeni əmək fəaliyyətinə başlayanlara sosial sığorta şəhadətnamələrinin hazırlanması üçün 153 ərizə forması elektron imza vasitəsilə sifariş verilib.
Bu xəbər oxucular tərəfindən 401 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed