Şrift:
Kompüter, elektron və optik məhsulların istehsalı artıb
18.09.2020 [12:04] - Gündəm, İqtisadiyyat
Cari ilin 8 ayında kompüter, elektron və optik məhsulların istehsalı çoxalıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, yanvar-avqust aylarında kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 142,7 milyon manatlıq məhsul istehsal olunub. Əvvəlki ilin eyni ayları ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 36,8 faiz, elektrik avadanlıqlarının istehsalı isə 3,4 faiz artıb.

Hesabat dövründə ötən ilin müvafiq aylarına nisbətən avtomatik tənzimləmə və idarəetmə üçün cihaz və aparatların istehsalı 2,2 dəfə, 1000 V-dək gərginlik üçün hesablanmış elektrik cərəyanı naqillərinin istehsalı isə 2,5 dəfə çoxalıb.
Bu xəbər oxucular tərəfindən 406 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed