Şrift:
Hindistanda binanın uçması nəticəsində azı 10 nəfər ölüb
21.09.2020 [11:00] - Gündəm, Hadisə
Hindistanın Maharaştra ştatında yaşayış binasının çökməsi nəticəsində azı 10 nəfər ölüb

Yerli mətbuat xəbər verir ki, hadisə sentyabrın 21-də erkən saatlarda Bhivandi şəhərində baş verib. Sakinlər qısa vaxtda 20 nəfəri xilas edə biliblər.

Hadisə yerinə gələn mülki müdafiə qüvvələri üçmərtəbəli binanın dağıntıları altından indiyədək 10 nəfərin meyitini tapıbları. Dağıntılar altında təxminən 25 nəfərin qaldığı güman olunur.

Hazırda axtarış işləri davam edir.
Bu xəbər oxucular tərəfindən 315 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed