Şrift:
Ukraynada koronavirusa yoluxanların sayı 180 minə çatıb
21.09.2020 [11:07] - Gündəm, Sağlıq
Ukraynada son sutka ərzində koronavirusa yoluxma hallarında artım davam etməkdədir.

Ukrayna Səhiyyə Nazirliyi xəbər verir ki, ölkədə son sutkada 2675 nəfər koronavirusa yoluxub, 26 nəfər isə dünyasını dəyişib. Ən çox yoluxma Kiyev, Lvov, Xarkov vilayətlərində qeydə alınıb.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 178 min 353 nəfərə çatıb. Bu infeksiyadan ölənlərin ümumi sayı 3583 nəfərdir, 78 min 184 xəstə isə sağalaraq evə buraxılıb.

Qeyd edək ki, Ukraynada koronavirusla bağlı vəziyyət pisləşdiyindən karantin müddəti noyabra qədər uzadılıb.
Bu xəbər oxucular tərəfindən 131 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed