Şrift:
Türkiyə hökumətinin növbəti iclası keçirilib
22.09.2020 [10:22] - Xəbərlər, Siyasət
Yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılması bütün dünyada olduğu kimi, Türkiyədə də genişlənməkdə davam edir. Türkiyə epidemiyaya qarşı mübarizədə nümunəvi ölkələrdəndir. Lakin unudulmamlıdır ki, vətəndaşlar qaydalara əməl etməklə dövlətə yardım etməlidirlər.

Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə hökumətinin növbəti iclası keçirilib. Türkiyədə hazırlanan səkkiz koronavirus peyvəndindən ikisinin heyvanlar üzərində uğurla sınaqdan keçirildiyini diqqətə çatdıran dövlət başçısı, əminliklə ifadə edib ki, peyvəndlər qarşıdakı aylarda insanlar üzərində tətbiq olunacaq. İnfeksiya ilə mübarizədə 65 yaşdan yuxarı olan vətəndaşlar üçün bəzi məhdudiyyətlər ola bilər. Maska taxmaq, sosial məsafə saxlamaq və təmizlik qaydalarına əməl etmək hər kəsin vətəndaşlıq borcudur.

Dövlət başçısı çıxışında Türkiyənin xarici siyasəti, həyata keçirilən sosial-iqtisadi layihələrin əhəmiyyəti, humanizm tədbirləri, gündəlikdə olan digər mühüm məsələlər barədə geniş məlumat verib.
Bu xəbər oxucular tərəfindən 257 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed