Şrift:
“Milan” yeni mövsümə qələbə ilə başlayıb
22.09.2020 [10:25] - Gündəm, İdman
Sentyabrın 21-də futbol üzrə İtaliya A Seriyasının birinci turuna yekun vurulub.

Turun son görüşü “San Siro” stadionunda baş tutub.

“Milan” öz meydanında “Bolonya” klubunu qəbul edib.

Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0.

Hesabı 35-ci dəqiqədə Zlatan İbrahimoviç açıb. Fasilədən sonra matçın 51-ci dəqiqəsində isveçli dublun rəsmiləşdirib.

Oyunun 88-ci dəqiqəsində qonalar azlıqda qalıb. “Bolonya”nın müdafiəçisi Matçel Dijks ikinci sarı vərəqəsini alaraq meydandan qovulub.

Görüş bu hesabla başa çatıb və “Milan” yeni mövsümə qələbə ilə başlayıb.

Turun əvvəlki görüşlərində aşağıdakı hesablar qeydə alınıb:

"Fiorentina" - "Torino" - 1:0;

"Verona" - "Roma" - 0:0;

"Parma" - "Napoli" - 0:2;

"Cenoa" - "Krotone" - 4:1;

"Sassuolo" - "Kalyari" - 1:1;

“Yuventus” - “Sampdoriya” - 3:0.

Qeyd edək ki, ikinci turun oyunları sentyabrın 26-28-də keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 120 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed