Şrift:
Ölkəmiz Kiyevdə etnomədəni festivalda təmsil olunub
22.09.2020 [10:39] - Xəbərlər, Mədəniyyət
Kiyev şəhərində yerli meriyanın təşəbbüsü ilə keçirilmiş etnomədəni festivalda Ukraynada yaşayan müxtəlif xalqların nümayəndələri iştirak ediblər.

Festivalda ölkəmizi Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu (UABD) təmsil edib. Festivalda milli yeməklərimiz və maddi mədəniyyət nümunələrimiz nümayiş etdirilib.

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun təşkilati dəstəyilə açılan Azərbaycan pavilyonu festivalın həm iştirakçıları, həm də qonaqları tərəfindən böyük maraqla qarşılanıb. Azərbaycan xalqının milli musiqisi, rəqsləri, habelə təamları geniş maraq doğurub.

"Pavilyonun tərtibatında rəssam Əsgər Cavadovun böyük əməyi var. Tərtibatda Bakının qədim və müasir görüntülərindən istifadə edilib. Rəssam, həmçinin arzulayan hər kəs üçün ustad dərsi də keçirib. Bundan əlavə, Nicat Mirzəyevin başçılıq etdiyi "Qafqaz" ansamblı gözəl musiqi nümunələrimizi, alovlu rəqslərimizi qonaqlara nümayiş etdirərək tədbirə xüsusi rövnəq qatıb. Hər ikisinə verdikləri töhfələrə görə minnətdaram. Fikrimcə, bu festivalda Azərbaycan diasporu yüksək səviyyədə iştirak edib", - deyə UABD rəhbəri Hikmət Cavadov mətbuata açıqlamasında bildirib.
Bu xəbər oxucular tərəfindən 486 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed