Şrift:
Sərkisyan müharibədən narahatdır.
10.11.2012 [13:20] - Sosial
Ermənistan prezidenti “Wall Street Journal”a “odlu-alovlu” açıqlamalar verib və Parisə səfərə yola düşür, deyəsən, Putin onun “qələmini qırıb”

Ermənistan prezidenti Serj Sərkisyan “Wall Street Journal” qəzetinə müsahibə verib. Həmin müsahibə əsasında qəzetin əməkdaşı Joe Parkinson yazır ki, Ermənistan prezidenti Azərbaycanın hərbi münaqişəyə girmək istəyindən getdikcə daha çox narahatdır. Öz müsahibəsində Sarkisyan hətta xəbərdarlıq edib ki, iki qonşu arasında münaqişə düşsə, erməni qüvvələri “qeyri-mütənasib” cavab verməli olacaq. Ermənistan prezidenti “dünyanın ən vacib enerji dəhlizlərindən birində gərginliyin artmasını” qeyd edib. O deyib: “Təəssüf ki, mənim fikrimcə, Azərbaycan münaqişəyə başlamağa fürsət axtarır. Biz dayanıb baxa bilmərik ki, Dağlıq Qarabağ əhalisi necə məhv edilir”.

Parkinson yazır ki, Sarkisyanın belə odlu-alovlu danışması bəzi təhlilçilərin fikrincə, daxili auditorayaya və çoxsaylı erməni diasporuna ünvanlanıb. Qəzet işarə edir ki, fanatik şahmat həvəskarı olan Sarkisyan əslində oynayır - o gələn ilin fevral seçkilərində ikinci dəfə prezident olmağa hazırlaşır və ona görə belə danışır.

Qəzet təhlilçilərə istinadla yazır ki, Sərkisyanın bəyanatları beynəlxalq aləmin bu münaqişənin həllinə daha fəal qoşulmasının vacibliyini göstərir.

Qəzet sonda yazır ki, son 5 ildə Azərbaycan silaha 11 milyard dollar, Ermənistan 2 milyard dollar xərcləyib.

Ermənistan mənbələri isə xəbər verir ki, S.Sərkisyan Parisə üç günlük rəsmi səfərə yola düşür və prezident Fransua Olandla, digər rəsmilərlə danışıqlar aparacaq. Danışıqlarda Qarabağ məsələsinin də gündəmə gələcəyi gözlənilir.

Bu arada erməni mətbuatı yazır ki, S.Sərkisyan ikinci müddətə seçilmək üçün Rusiya prezidenti Vladimir Putindən hələ razılıq ala bilməyib və onun Kremllə münasibətləri soyuyub. Buna əsas səbəb kimi Ermənistanın Avrasiya İttifaqına qoşulmağa tərəddüd etməsidir. Fransa Strateji Araşdırmalar Mərkəzinin erməni əsilli eksperti Kayts Minasyan da gələn ilki seçkilərdə Putinin “çox güman ki” Sərkisyanı dəstəkləməyəcəyini deyib.

Siyasət şöbəsi
Bu xəbər oxucular tərəfindən 1123 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed