Şrift:
“Qara dul qadın” filminin premyerası təxirə salınıb
24.09.2020 [11:44] - Gündəm, Mədəniyyət
Amerikanın “Walt Disney” film şirkəti rejissor Keyt Şortlandın ekranlaşdırdığı “Qara dul qadın” (Black Widow) filminin premyerasını təxirə salıb.

TASS agentliyi xəbər verir ki, filmin premyerası 2021-ci il mayın 7-nə nəzərdə tutulub.

Marvel komikslərin əsasında çəkilən filmindəki Nataşa Romanoff rolunu Skarlet Yoxansson canlandırıb. Aktyor heyətinə, həmçinin Devid Xarbor, Florens Pyu və Reyçel Vays daxildir.

Qeyd edək ki, filmin ilk nümayişi bundan öncə 2020-ci il noyabrın 6-na təyin olunmuşdu.
Bu xəbər oxucular tərəfindən 88 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed