Şrift:
Cari ildə Yaponiyada rekord sayda şirkətin bağlanacağı gözlənilir
24.09.2020 [11:45] - Xəbərlər, İqtisadiyyat
Yaponiyada koronavirus pandemiyasının iqtisadiyyata təsiri nəticəsində bu il rekord sayda şirkətin bağlanacağı gözlənilir.

“Tokyo Shoko Research” özəl tədqiqat mərkəzi xəbər verir ki, cari ilin yanvarından avqustunadək Yaponiyada 35 mindən çox şirkət öz fəaliyyətini dayandırıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 23,9 faiz çoxdur.

Mərkəzdən bildirilib ki, belə davam edəcəyi təqdirdə ilin sonunadək bağlanan şirkətlərin sayı 50 mini ötə bilər. Bu, 2000-ci ildən bəri başlamış həmin tədqiqatlar üzrə ən yüksək göstərici olacaq.

Bununla yanaşı, Yaponiya Əmək Nazirliyi cari ildə koronavirus pandemiyasına görə 60 mindən çox insanın iş yerini itirdiyini də bildirib. Həmin göstərici dövlət məşğulluq mərkəzlərinin regional bürolarının hesabatlarına əsasən müəyyən edilib. Nazirlikdən bildirilib ki, bununla bağlı real rəqəmlər çox güman daha yüksəkdir.
Bu xəbər oxucular tərəfindən 331 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed