Şrift:
Sabah ali təhsil müəssisələrinə qəbul olanların qeydiyyatı başlanır
24.09.2020 [11:47] - Xəbərlər, Bildiriş
Tələbə adı qazananlar sentyabrın 25-dən oktyabrın 7-dək sənədlərini qəbul olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Dövlət İmtahan Mərkəzindən bildirilib ki, qeydiyyat ali təhsil müəssisələri tərəfindən onlayn qaydada həyata keçirilir. Abituriyentlər ali məktəblərin internet saytlarının müvafiq bölmələrinə daxil olmaqla, qeydiyyat üçün tələb olunan sənədlər və onlayn qeydiyyat forması ilə tanış ola bilərlər.

Ali təhsil müəssisələrinə qəbul olanların siyahısı “Abituriyent” jurnalının 7-ci sayında dərc ediləcək.
Bu xəbər oxucular tərəfindən 140 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed