Şrift:
Hövsan Yaşayış Kompleksində 224 ailə güzəştli mənzilə sahib olub
24.09.2020 [11:50] - Xəbərlər, İqtisadiyyat
Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihəsi – Hövsan Yaşayış Kompleksində bu il iyunun 30-da və iyulun 3-də “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə seçilmiş 249 mənzildən 224-nün alqı-satqısı uğurla başa çatdırılıb.

Agentliyin İctimaiyyətlə əlaqələr sektorundan bildirilib ki, mənzilə sahib olmuş vətəndaşlardan 22-si mənzili öz vəsaiti hesabına, 202-si isə güzəştli ipoteka krediti hesabına əldə ediblər.

Satışın nəticələri barədə statistik məlumatlarla buradan tanış ola bilərsiniz.
Bu xəbər oxucular tərəfindən 51 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed