Şrift:
Ümumi orta təhsil bazasında kolleclərə qəbul olanların qeydiyyatı davam edir
24.09.2020 [11:53] - Xəbərlər, Bildiriş
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olanların qeydiyyatı davam edir.

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, qəbul olan abituriyentlər sentyabrın 25-i saat 17:00-dək lazımi sənədləri təqdim etməklə qəbul olduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər.

Abituriyentlərin nəzərinə çatdırılır ki, göstərilən tarixədək müvafiq orta ixtisas təhsili müəssisəsində qeydiyyatdan keçməmək orada təhsil almaqdan imtina kimi dəyərləndirilir və həmin yerlər boş qalan plan yeri kimi yenidən müsabiqəyə çıxarılır.
Bu xəbər oxucular tərəfindən 295 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed