Şrift:
Son sutkada Özbəkistanda koronavirusa 616 nəfər yoluxub
24.09.2020 [12:04] - Gündəm, Sosial
Son sutkada Özbəkistanda COVID-19-a 616 nəfər yoluxub, xəstələrin ümumi sayı 53 min 667 nəfərə çatıb.

Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidməti xəbər verir ki, son 24 saat ərzində bu virusdan 2 xəstə həyatını itirib, vəfat edənlərin ümumi sayı 444 nəfərə çatıb.

Xəstəxanalarında koronavirus diaqnozu ilə 3 min 390 nəfər var.

Son gündə virusdan 608, ümumiyyətlə isə 49 min 832 xəstə sağalaraq evə yazılıb.
Bu xəbər oxucular tərəfindən 185 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed