Şrift:
“Azərsu” elektron xidmətlər portalını istifadəyə verib
24.09.2020 [12:06] - Gündəm, İqtisadiyyat
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) sentyabrın 24-də “e-su.az” elektron xidmətlər portalının təqdimatını keçirib

ASC-nin Elektron idarəetmə və müasir texnologiyalar departamentinin rəisi Emil Əhmədov portalın faydaları, üstünlükləri, əlçatanlığı və operativliyi barədə danışıb. Qeyd edib ki, portalın yaradılmasında məqsəd pandemiya şərtlərinə uyğun olaraq abonentin sayğac göstəricilərini nəzarətçilərin mənzillərə gəlmədən sistem üzərində əks olunmasını təmin etməkdir.

E.Əhmədov əlavə edib ki, şikayətçilər öz problemlərinin həllinin hansı mərhələdə olduğunu da portal vasitəsilə izləyə biləcəklər.
Bu xəbər oxucular tərəfindən 176 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed