Şrift:
İraqlı deputat: Azərbaycan üçün səfərbər olmağa hazırıq
28.09.2020 [13:35] - Gündəm, Türk dünyası-Turan
Ermənistanın illərdir işğal altında saxladığı torpaqlar Azərbaycan Ordusu tərəfindən azad edilməkdədir.

Bu sözləri İraq Türkmən Cəbhəsinin sədri, Kərkükdən İraq parlamentinə deputat seçilən Ərşad Salihi deyib.

Azərbaycan ərazilərini işğal edən Ermənistan adlı terrorçu dövlətə “dur!” deməyin vaxtının çatdığını deyən deputat bildirib: “Azərbaycan üçün səfərbər olmağa hazırıq və hər zaman azərbaycanlı qardaşlarımızın yanındayıq. Var olsun, qəhrəman Azərbaycan ordusu!”.
Bu xəbər oxucular tərəfindən 659 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed