Şrift:
Güney azərbaycanlı deputat Azərbaycan ordusunun uğurlarını təbrik edib
29.09.2020 [11:22] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Zəncani Həsənluyi öz Telegram səhifəsində paylaşdığı təbrik mesajında işğal altında olan ərazilərin “islam əsgərləri” tərəfindən azad edilməsini təbrik edərək azərbaycanlıların bu xəbərləri sevinclə qarşıladığını bildirib.



“Azərbaycan ordusunun uğurlu əməliyyatı nəticəsində illərdir işğal altında olan bir sıra kəndlər, mühüm yüksəkliklər və strateji əhəmiyyətə malik olan mövqelər azad edilib. Bu tanrının vəd etdiyi qələbədir,” –deyə mesajda bildirilib.



Xatırladaq ki, Azərbaycan Ordusunun düşmənin yeni təcavüzünə cavab olaraq əks hücuma keçməsi nəticəsində uzun illərdir erməni işğalında olan 7 kənd və bir neçə yüksəklik azad edilib, 550-dən çox düşmən qüvvəsi zərəsizləşdirilib.
Bu xəbər oxucular tərəfindən 490 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed