Şrift:
GÜNEY AZƏRBAYCAN MILLI AZADLIQ CƏBHƏSININ AZƏRBAYCAN DÖVLƏTİ VƏ ORDUSUNA DƏSTƏK BƏYANATI
30.09.2020 [10:46] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
GÜNEY AZƏRBAYCAN MILLI AZADLIQ CƏBHƏSININ

AZƏRBAYCAN DÖVLƏTİ VƏ ORDUSUNA

DƏSTƏK BƏYANATI





Məlum olduğu kimi, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək Azərbaycanın cəbhəboyu zonalarda yerləşən hərbi mövqelərini və yaşayış məntəqələrini müxtəlif iriçaplı silahlar və artilleriya qurğularından intensiv atəşə tutub. Azərbaycan Ordusu düşmənin bu təxribatının qarşısını almaq və sərhədyanı zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görüb və əks hücuma keçərək, Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Qərədiz, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Rüzgar kəndlərini işğaldan azad edib. Azərbaycan dövləti və ordusunun Ermənistanın təxribatına bu qürurverici cavabı ərazi bütövlüyünün təmin edilməsi istiqamətində Azərbaycanın qərarlılığını nümayişidir.



Biz, Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi (GAMAC) olaraq, Azərbaycan ordusu tərəfindən faşist ideologiyası ilə bəslənən erməni işğalçılarının Azərbaycanın işğal olunmuş ərazilərindən təmamilə təmizləyənməsi istiqamətində başladılan bu hərbi əməliyyatları dəstəkləyirik. Bəyan edirik ki, Güney Azərbaycanda yaşayan milyonlarla azərbaycan türkü Azərbaycan Respublikasının prezidenti və Ali Baş komandan cənab İlham Əliyevin milli səfərbərliyə çağırışını gözləyir və onlar hər bir şəraitdə Azərbaycan dövlətinin yanındadırlar.



GAMAC həmçinin iran rejimi tərəfindən işğalçı Ermənistana hərbi və iqtisadi yardımların durdurulmasını tələb edir. Belə ki, Ermənistanla olan sərhəd bölgəsindən hərbi sursatların daşınması bu gün də davam etməkdədir. Hesab edirik ki, İran rejiminin Azərbaycan dövlətçiliyinə və ərazi bütövlüyünə qarşı bu yanaşması yolverilməzdir və bəyan edirik ki, İran rejimi işğalşı Ermənistana yardımlarını durdurmadığı təqdirdə Güney Azərbaycanda yaşayan azərbaycanlıların kəskin etirazı ilə qarşılaşacaq.



Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi 29.9.2020
Bu xəbər oxucular tərəfindən 224 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed