Şrift:
Sevinc Mənsimlinin qətli ilə bağlı rəsmi məlumat
12.11.2012 [14:32] - Hadisə
“Qafqazinfo” saytının idman müxbiri Sevinc Mənsimlinin öldürülüməsi ilə bağlı rəsmi məlumat yayılıb. Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərindən verilən açıqlamaya görə, noyabrın 11-i saat 19 radələrində Mənsim Mənsimov Mərdəkan qəsəbəsindəki evində arvadı Zemfira Mənsimovanın və qızı Sevinc Mənsimlinin baş nahiyələrinə balta zərbələri endirərək hər ikisini öldürüb. Daha sonra Mənsim Mənsimov otağın divarına vurulmuş dəmir parçasına bərkitdiyi kəndirdən özünü asaraq intihar edib.

Bakı Şəhər Prokurorluğu, Xəzər Rayon Prokurorluğu və rayon polisinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb, müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.

Xəzər Rayon Prokurorluğu hadisəni Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7 və 120.2.9-cu maddələri ilə araşdırır.
Bu xəbər oxucular tərəfindən 811 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed