Şrift:
Tələbə-gənclər: bu Vətən müharibəsində zəfər bizimdir
02.10.2020 [11:00] - Xəbərlər, Hərb
Bakı Slavyan Universitetinin tələbə-gəncləri həmişə olduğu kimi, bu çətin və mürəkkəb günlərdə daha inamla Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin və müzəffər ordumuzun ən böyük təəssübkeşi olduğumuzu bildirir və düşmən üzərində qələbə naminə hər an bütün fədakarlıqlara hazır olduğumuzu bəyan edirik.

Bu fikirlər Bakı Slavyan Universiteti Tələbə Gənclər Təşkilatının dövlətimizin və Azərbaycan Ordusunun yanında olduqlarını bildirən bəyanatında yer alıb.

Bəyanatda bildirilir: ”Azərbaycanın mübarizəsi haqq mübarizəsidir. Doğma, əziz, müqəddəs Azərbaycanımız uğrunda aparılan bu Vətən müharibəsində zəfər bizimdir! Biz gənclər Vətənimizin hər qarışı uğrunda düşmənə qarşı vuruşa hazırıq! Yaşasın səadət qapılarını Azərbaycan xalqının üzünə taybatay açan, onu ən ülvi arzularına qovuşduran, Vətən, yurd həsrətinə son qoyan dövlətimiz! Yaşasın müqəddəs missiyasını uğurla həyata keçirən Azərbaycan Ordusu!
Bu xəbər oxucular tərəfindən 564 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed