Şrift:
Nobel həftəsi tibb sahəsində laureatın adının açıqlanması ilə başlanacaq
05.10.2020 [10:42] - Gündəm, Mədəniyyət
Bu il Nobel həftəsi Stokholmda fiziologiya və tibb sahəsində laureatın adının açıqlanması ilə başlanacaq.

TASS informasiya agentliyi xəbər verir ki, oktyabrın 6-da fizika, 7-də kimya, 8-də ədəbiyyat sahəsi üzrə laureatların adları açıqlanacaq. Nobel Sülh Mükafatı oktyabrın 9-da Osloda elan ediləcək. İsveç Dövlət Bankı tərəfindən 1968-ci ildə təsis edilmiş və Alfred Nobelin xatirəsinə həsr olunan iqtisadiyyat üzrə Nobel mükafatının laureatı isə oktyabrın 12-də müəyyənləşəcək.
Bu xəbər oxucular tərəfindən 320 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed