Şrift:
Erməni rejissorun filmində Azərbaycan xalq mahnısı - Video
12.11.2012 [15:37] - Hadisə
Moskvada Qarabağ müharibəsindən bəhs edən “Прерванная песня” (“Yarımçıq qalan mahnı”) filminin premyerası olub.
Kinematoqrafçılar Birliyinin Kino Evində keçirilən təqdimat mərasimində Azərbaycanın Rusiyada olan diaspora nümayəndələri də iştirak edib.


“Yarımçıq qalan mahnı” iki xalqın qarşılıqlı münasibətlərinin tarixindən daha çox, taleyin hökmü ilə eyni çuxura sürüklənmiş insan talelərinin müəmması deməkdir” - deyə, jurnalistlərlə söhbətində filmin icraçı prodüseri Qoar Gevorkyan bildirib.

O, hətta məşhur mədəniyyət və incəsənət xadimlərinin də dialoqa hazır olmadıqlarından təəssüfləndiyini ifadə edib.

Filmin rejissoru, əslən erməni olan Arik Manukyan qeyd edib ki, “Yarımçıq qalan mahnı” hər kəs haqqında olan film olmasa da, hamı üçündür.

“Biz qəhrəmanlardan heç kimi müdafiə etməmişik. Sadəcə olaraq, onları çuxura yuvarlatmışıq. Sonrasını isə onlar özləri həll ediblər” - deyə, o bildirib.

Əlavə edib ki, “Yarımçıq qalan mahnı” filmi tamamilə şəxsi maliyyə imkanları hesabına çəkilib. Çəkiliş qrupu layihənin kənardan maliyyələşdirilməsi təkliflərindən imtina edib. Çünki daxil olan dəstək təkliflərini edənlərin hər biri süjetin təhrif edilməsini istəyirdilər.

Tədbir zamanı bir qrup erməni gənci etirazla çıxış ediblər. Mübahisəyə səbəb təqdimatdan qabaq çıxış edən rejissor Arik Manukyanın filmdə səslənən “Sarı gəlin” mahnısından söz açması olub. O, azərbaycanlılar və ermənilərin bu mahnını öz əsərləri kimi təqdim etdiklərini söyləyib. Amma filmdə “Sarı gəlin”i Azərbaycan mahnısı kimi təqdim edib ki, bu da erməni gənclərin etirazına səbəb olub.

Qeyd edək ki, ermənilər bu mahnını “Sarı axçik” deyə adlandırırlar. Erməni gənclər rejissor Arik Manukyanın “Sarı gəlin” mahnısını Azərbaycan dilində səsləndirməsini onun mahnının azərbaycanlılara məxsus olduğunu etiraf etməsi kimi dəyərləndiriblər.

Bu xəbər oxucular tərəfindən 1249 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed