Şrift:
Auditorlar Palatasının rəhbər işçiləri biraylıq əməkhaqlarını Silahlı Qüvvələrə Yardım Fonduna köçürüblər
06.10.2020 [10:45] - Xəbərlər, Sosial
Auditorlar Palatasının rəhbər işçiləri biraylıq əməkhaqlarını Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna köçürüblər.

Palatadan bildirilib ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi ilə uğurlu əməliyyatların həyata keçirildiyi bu günlərdə ölkədə fəaliyyət göstərən dövlət qurumları, o cümlədən müəssisə və təşkilatlar, şirkətlər, fərdi vətəndaşlar, qeyri-hökumət təşkilatları Şanlı Ordumuza dəstək məqsədilə müxtəlif vasitələrlə dəstək olurlar. Qəhrəman Ordumuzun cəbhəboyu apardığı uğurlu əməliyyatlarda Auditorlar Palatası cəsarətli əsgərlərimizi dəstəkləyir və onlara möhkəm cansağlığı arzulayır.
Bu xəbər oxucular tərəfindən 243 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed