Şrift:
Əli Əkbər Vilayəti: “Ermənistan işğal etdiyi Azərbaycan ərazilərini geri qaytarmalıdır”
07.10.2020 [10:39] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Ermənistanla Azərbaycan arasındakı ixtilafın hərbi yolla həllinin qeyri-mümkün olduğunu vurğulayan Əli Əkbər Vilayəti Türkiyə və Fransanın münaqişə tərəflərinə dəstəyini tənqid edərək deyib ki, Ermənistan öz qüvvələrini işğal etdiyi Azərbaycan ərazilərindən geri çəkməlidir: “Hesab edirik ki, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərini geri qaytarmalıdır. Biz sionist rejimin Fələstin ərazilərini işğal etməsinə müxalif olduğumuz kimi, burada da eyni mövqedən çıxış edirik. Bu ixtilafı hərbi yolla yox, siyasi danışıqlar yolu ilə həll etmək lazımdır.


Biz bütün ölkələrin ərazi bütövlüyünün qorunub saxlanılması prinsipinə hörmətlə yanaşırıq. Bu isə BMT Bəyannaməsinin bəndlərindən biridir. Biz isə BMT-nin bir üzvü olaraq, bu bəndin icrasına israr edirik. Xüsusən də ki, münaqişə tərəflərin bizim iki şimal qonşumuzdur. Burada bir ölkənin əraziləri digər ölkə tərəfindən işğal olunub. Daha doğrusu, Azərbaycan Respublikasının cənubunda bəzi bəzi ərazilər, təxminən 7 şəhər Ermənistan tərəfindən işğal edilib. Bu barədə BMT 4 qətnamə qəbul edib və bütün qətnamələrdə də deyilir ki, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərindən geri çəkilməli, beynəlxalq sərhədlərə qayıtmalıdır. Bizim hamımız isə BMT-nin üzvü olaraq bu qətnamələrə riayət olunmasının tərəfdarıyıq.


Biz istəyirik ki, Erməmənistan işğal etdiyi Azərbaycan ərazilərini geri qaytarsın. İşğal nəticəsində 1 milyondan çox azərbaycanlı yerindən yurdundan didərgin düşüb və hesab edirik ki, onlar tezliklə öz torpaqlarına qayıtmalıdırlar.


Burada toxunmaq istədiyim digər məsələ odur ki, bu işi hərbi yolla həll etmək mümkün deyil. Problem siyasi yollarla öz həllini tapmalıdır. Elə buna görə də biz münaqişə tərəflərindən hər bizinin hərbi addıma əl atması ilə müxalifik. Çünki belə olan halda bu savaşda uduzan tərəf insanlardır. Xüsusən də ki, son günlər yaşayış məntəqələri də bombardman edilir. Düşünürük ki, bu müharibə iki ölkə xalqlarının mənafeyinə zidd olduğu kimi, regionun təhlükəsizliyinə də xələl gətirir.



Bu arada bəzi xarici qüvvələr də bu savaşı qızışdırırlar. Misal üçün sionist rejimi və Türkiyə kimi ölkələr. Axı görəsən Türkiyə nəyə görə bu savaşın davam etdirilməsinə israr edir. Bu ölkə (Türkiyə) bacara bilsə yardım etməlidir ki, müharibə başa çatsın, biz şərtlə ki, Azərbaycanın işğal olunmuş şəhərləri hökmən azad olunsun.


Sionist rejimə gəldikdə, bu rejim kökündən qeyri-legitimdir və fələstinlilərin əraziləri üzərində qurulduğuna görə onun bu işə qarışmağa və fikir irəli sürməyə heç bir haqqı yoxdur. Lakin Türkiyədəki dostlarımıza tövsiyə edirik ki, alovun üstünə neft tökmək əvəzinə yardım etsinlər ki, biz və regionun digər ölkələri məzlumu dəstəkləyək və imkan daxilində Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunmasına yardım edək.


Fransaya gəldikdə isə, bu ölkə dünyanın obiri başından bu məsələyə müdaxilə edir, tez-tez bəyanatlarla çıxış edir. Bu məsələnin Fransaya nə dəxli var ki. Biz regionun təhlükəyə məruz qalmasına, başqa-başqa ölkələrin buraya gəlib Cənubi Qafqazda və İranın şimal sərhədlərinin təhlükəsizliyini pozmasına imkan verməyəcəyik.


Bəzi təkfirçi terrorçuların regiona gəlişi ilə bağlı suala gəlincə, ümid edirik ki, bu xəbər düz olmasın. Əgər bu barədə yayılan məlumatlar düz çıxsa, bu işin səbəbkarı olan bütün şəxslər, eləcə də “Əl-Qaidə” və “İŞİD” kimi radikal və ifratçı qüvvələrin bu həssas bölgəyə gəlişinə görə məsuliyyət daşımalı olacaqlar. Əlbəttə mənim bu kimi qüvvələrin regiona gəlişindən xəbərim yoxdur. Belə bir iş olmuş olsa özü-özlüyündə təhlükəlidir və biz onun qarşısını almalıyıq” -deyə, İranın “dini lider”inin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti bəyan edib.


Qeyd edək ki, Əli Əkbər Vilayəti mediaya açıqlamasında əsasən, Azərbaycanın 7 rayonun işğaldan azad olunmasından danışsa da, 30 ilə yaxındır Ermənistan tərəfindən işğalı edilən Azərbaycanın tarixi ərazisi olan dağlıq Qarabağ bölgəsinin işğaldan azad olunmasının vacibliyinə toxunmayıb.
Bu xəbər oxucular tərəfindən 461 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed