Şrift:
Ermənistanda koronavirusa yoluxanların sayı 54 min 473-ə çatıb
08.10.2020 [12:52] - Gündəm, Qərbi Azərbaycan-İrəvan
Ermənistan koronavirusa yoluxma ilə bağlı yeni antirekord qeydə alıb. Son 24 saat ərzində ölkədə daha 718 nəfərdə koronavirusa yoluxma təsdiqlənib.

Bu barədə Ermənistan səhiyyə nazirliyinin xəstəliklərə nəzarət və onların profilaktikası milli mərkəzi məlumat yayıb.

Bildirilir ki, bununla da ölkədə COVID-19 virusuna yoluxanların ümumi sayı 54 min 473-ə yüksəlib.

Son sutka ərzində pandemiya qurbanlarının sayı daha 9 nəfər artaraq 1004-ə çatıb.

Bildirilir ki, hazırda Ermənistanda 7855 aktiv koronavirus xəstəsi var.
Bu xəbər oxucular tərəfindən 374 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed