Şrift:
Özbəkistan portalı Prezident İlham Əliyevin CNN-Türk televiziyasına müsahibəsindən bəzi fikirlərini dərc edib
09.10.2020 [10:53] - Xəbərlər, Türk dünyası-Turan
Özbəkistanın “interpress.uz” portalı rus dilində Azərbaycan Prezidenti İlham Əliyevin CNN-Türk televiziyasına müsahibəsinin əsas tezislərini və müsahibədən hissələr çap edib.

Tezislər belə sistemləşdirilib - Azərbaycan Ordusu ərazi bütövlüyünü bərpa edir; mülki əhaliyə qarşı zorakılıq Ermənistanın faşist mahiyyətini bir daha nümayiş etdirir; Fransa prezidenti Makronun bəyanatı ATƏT-in Minsk qrupunun mandatına ziddir; bu gün Ermənistana müxtəlif dünya ölkələrindən terrorçular gətirilir; bu gün Dağlıq Qarabağda bir azərbaycanlı belə yaşamır, onları qovublar; Türkiyə bizim üçün təkcə müttəfiq yox, həm də dost dövlətdir; Mingəçevir elektrik stansiyasının atəşə tutulması cinayətdir; uzun illər ərzində bizə qarşı qara təbliğat aparılır...

“Fikr.uz” portalı isə yazır ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini pozaraq dinc əhaliyə qarşı terrorçuluq fəaliyyətini davam etdirir. Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinin, Bərdə, Ağcabədi, Goranboy, Tərtər, Ağdam rayonlarının müxtəlif silahlardan atəşə tutulması davam edir. Ölənlər və yaralananlar var.

Materialda Dağlıq Qarabağın tarixi haqqında da məlumat verilir
Bu xəbər oxucular tərəfindən 238 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed