Şrift:
Güney Azərbaycan əyalətindəki zəlzələ bölgəsinə qar yağıb, məktəblər bağlanıb
13.11.2012 [11:18] - Güney Azərbaycan xəbərləri
Güney Azərbaycan əyalətinin Vərzaqan şəhərinə qar yağıb. Hələ də zəlzələdən əziyyət çəkən bu bölgədə qar yağdığına və əlverişsiz hava şəraitinə görə məktəblər bağlanıb. Trend-in məlumatına görə, bu barədə FARS agentliyi xəbər yayıb.

Məlumata əsasən, Vərzəqan şəhərində havanın temperaturu 0 dərəcədir. Bu gün məktəblərdə hər iki növbənin dərsləri təxirə salınıb.

Xatırladaq ki, avqustun 11-də İranın Şərqi Azərbaycan əyalətinin Vərzaqan və Əhər şəhərlərində 6,2 bal gücündə baş vermiş zəlzələ nəticəsində 300 nəfər ölmüş, 2500 yaxın adam xəsarət almışdı. Əyalətdə 538 kənddən 110-u qismən və ya tamamilə dağılmış, təxminən beş min bina zərər görmüşdü.

Həmin zəlzələdən sonra indiyədək bu bölgədə 3200 dəfə müxtəlif bal gücündə zəlzələlər baş verib. Sonuncu belə zəlzələ noyabrın 7-də Vərzaqan şəhərində Rixter cədvəli üzrə 5,2 bal gücündə baş vermişdi. Zəlzələ nəticəsində 50 nəfər xəsarət almışdı. Onların əksəriyyəti məktəblilər idi.

Soyuq havaların başlaması ilə Vərzəgan və Əhər şəhərlərində zəlzələdən zərərçəkən şəxslərin vəziyyəti ağırlaşır. Son günlərdə İran hökuməti bu şəhərlərdə tikinti işlərini sürətləndirdiyini bildirsədə , hələdə əhalinin çoxu çadırlarda məskunlaşdırılıb ki, bu da soyuq havalarda onlar üçün problemlər yaradır.
Bu xəbər oxucular tərəfindən 1150 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed