Şrift:
ABŞ-dan İrana qarşı yeni sanksiya
09.10.2020 [12:03] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
ABŞ Maliyyə Nazirliyi İranın 18 bankının adını sanksiyalar siyahısına əlavə edib.

ABŞ Maliyyə Nazirliyinin rəsmi saytı xəbər verir ki, bu banklar artıq heç bir beynəlxalq səviyyəli maliyyə əməliyyatları apara bilməyəcək.

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif qeyd edib ki, koronavirus pandemiyası dövründə sanksiyaların gücləndirilməsi ərzaq və əczaçılıq mallarının alınmasına çətinlik yaradacaq. Nazir deyib ki, iranlılar bu sınaqdan da üzüağ çıxacaqlar. Lakin vaxt gələcək əhalini aclığa məruz qoymağa çalışanlar məhkəmə qarşısında cavab verməli olacaqlar.
Bu xəbər oxucular tərəfindən 571 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed