Şrift:
Güney azərbaycanlı əsgər "PJAK" terroristləri tərəfindən şəhid edilib
10.10.2020 [13:00] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Ərdəbilin Parsabad rayonunu sakini olan və həqiqi hərbi xidmət müddətini keçirən əsgər dünən günorta saatlarında Azərbaycanın qərbində yerləşən Sərdəştdə (Sarı Daş) "PJAK" terror təşkilatının üzvləri ilə baş verən atışmada şəhid olub.


İranın xəbər agentliklərindən heç biri bu azərbaycanlı günahsız əsgərin kürd terror qruplaşması tərəfindən öldürülməsi ilə bağlı xəbər yaymayıb.


Cari ilin avqust ayında urmulu (Urmiya) daha 1 əsgər Milad Vəlipur da kürd terror təşkilatları tərəfindən Urmunun sərhəd bölgəsində şəhid edilmişdi. Lakin İranın Dövlət Sərhəd Xidmətinin komandanları hayasızcasına yalan danışaraq, onun guya avtomobilin aşması nəticəsində şəhid olduğunu demişdilər. Baxmayaraq ki, İran rejiminin Hüquq Mühafizə Orqanlarına bağlı "şəhidlər" adlı sayt Milad Vəlipurun silahlı ünsürlər tərəfindən şəhid edildiyini yazmışdı
Bu xəbər oxucular tərəfindən 571 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed