Şrift:
Özbəkistan portalları Ermənistanın Gəncəni və Mingəçeviri raket atəşinə tutması ilə əlaqədar materiallar çap edib
13.10.2020 [09:53] - Xəbərlər, Siyasət
Özbəkistanın “Interpress.uz”, “tnews.uz”, “fikr.uz”,”human.uz”, “interfax.uz”, “islamonline.uz” portalları Ermənistanın Gəncəni və Mingəçeviri raket atəşinə tutması ilə əlaqədar özbək və rus dillərində materiallar çap edib.

“Interpress.uz” portalı bildirir ki, Azərbaycan Prezidenti İlham Əliyev rəsmi “Twitter” səhifəsində yazır ki, Gəncə şəhəri humanitar atəşkəs rejimini pozan Ermənistanın Vardenis rayonundan raket atəşinə tutulub. Bu, hərbi cinayətdir və Cenevrə Konvensiyasının kobud şəkildə pozulmasıdır. Erməni tərəfinin məqsədi Azərbaycan ərazilərini yenidən işğal etməkdir.

“tnews.uz” portalı Azərbaycan Xarici İşlər Nazirliyinin Gəncə şəhərinin raket atəşinə tutulması ilə bağlı bəyanatından sitat gətirir: “Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəs razılığından sonra dinc insanları və şəhərləri atəşə tutması barbarçılığın növbəti bariz nümunəsidir və Ermənistan rəhbərliyinin atəşkəs çağırışlarının riyakarlıqdan başqa bir şey olmadığını göstərir”.

“islamonline.uz” portalı isə bəyanata istinadla bildirir ki, humanitar atəşkəsin müəyyən olunduğu vaxtdan dərhal sonra Azərbaycanın Ağdam və Tərtər rayonları Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atəşinə tutulub. Vurğulanır ki, bir neçə saat sonra isə Ermənistan silahlı qüvvələri cəbhənin Hadrut və Cəbrayıl istiqamətlərində hücum cəhdi göstərib.

Portalda Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinin tarixi haqqında da məlumat verilir, ermənilərin zaman-zaman təxribatlar törətdiyi diqqətə çatdırılır.

“fikr.uz” və “interfax.uz” saytları yazır ki, humanitar atəşkəsi pozan Ermənistanın Gəncə şəhərini raket atəşinə tutması cəzasız qalmağın nəticəsidir. Belə ki, cəzasız qalmaq Ermənistanı gələcək hərbi cinayətlərə sürükləyir.

Portallar humanitar atəşkəs rejimi ilə bağlı Moskvada imzalanan üçtərəfli sənədin mətnini də çap edib.

“islamonline.uz” portalı bu gün də Rusiyadan Ermənistana silah və sursat daşındığını bildirir. Qeyd olunur ki, “Армения-авиа”, “Норд-стар” və “Atlantis Armenian Airlines” aviaşirkətlərinin mülki təyyarələri Ermənistana silah və sursat daşınması kampaniyasında iştirak edirlər.
Bu xəbər oxucular tərəfindən 225 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed