Şrift:
Azərbaycan vətəndaşı ermənilər tərəfindən girov götürüldü
13.11.2012 [13:04] - Hadisə
Onun yolu azaraq qarşı tərəfə keçməsi ehtimal edilir


Ermənistan kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə, ötən gün cəbhə xəttinin Qazax rayon istiqamətində Azərbaycanın mülki vətəndaşı əsir düşüb. ANS Ermənistan mətbuatının verdiyi məlumata görə, saat 07:45 radələrində Qazax sakini 41 yaşlı Telman Cəfərqulu oğlu Əliyev Ermənistan tərəfinə əsir düşüb. İnsident barədə beynəlxaql təşkilatlar məlumatlandırılıb.

Yerli sakinlərin verdiyi məlumata görə, həmin günü hava dumanli olub və o gündən etibarən həqiqətəndə Telman Əliyev itkin düşüb. Onun yolu azaraq qarşı tərəfə keçməsi ehtimal edilir.
Bu xəbər oxucular tərəfindən 651 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed