Şrift:
Rəsmi Tehran: “Azərbaycanla Ermənistan atəşkəsə sadiq qalmalı, danışıqlara başlamalıdır”
13.10.2020 [10:29] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Öz açıqlamasında Ermənistanın dünən səhər atəşkəsi pozaraq öz ərazisindən Azərbaycanın Gəncə şəhərinin yaşayış məntəqələrini raket atəşinə tutaraq onlarla dinc sakinin qətlinə səbəb olmasına toxunmayan Səid Xətibzadə deyib ki, iki qonşu ölkə atəşkəsə sadiq qalmalı, beynəlxalq hüquq çərçivəsində danışıqlara başlamalıdır.

“Biz iki ölkə arasında atəşkəsin pozulmasından təəssüf hissi keçirir, münaqişə tərəflərini səbirli olmağa çağırır, şəhərlərin yaşayış məntəqələrinə raket hücumunu, dinc əhalinin qətliam edilməsini və şəhərlərin infrastrukturunun hədəfə alınmasını pisləyir, hücumlarda öldürülən şəxslərin ailələrinin dərdinə şərik çıxırıq.


İran İslam Respublikası bir daha münaqişə tərəflərindən istəyir ki, atəşkəsə sadiq qalaraq bir-birinin ərazi bütövlüyünə hörmətlə yanaşsınlar və işğal edilmiş şəhərləri təxliyə etməklə, öz aralarındakı ixtilafı danışıqlar yolu ilə və beynəlxalq hüquq çərçivəsində aparsınlar.


Biz, regionda davamlı sülhün bərqərar olunması üçün münaqişə tərəfləri arasında danışıqlar aparılması prosesini asanlaşdırmaq üçün yardım etməyə hazırıq” -deyə, İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bəyan edib.
Bu xəbər oxucular tərəfindən 222 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed