Şrift:
Hikmət Hacıyev Türkiyə Prezidentinin rəsmi nümayəndəsi ilə telefonla danışıb
14.10.2020 [10:02] - Xəbərlər, Siyasət
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyə Prezidentinin Mətbuat Katibi İbrahim Kalın ilə telefon danışığı keçirib.

Bu barədə Prezident köməkçisi öz “Twitter” səhifəsində yazıb.

H.Hacıyev bildirib: “Daim təmasda olduğum yaxşı dostum İbrahim Kalınla telefon danışığımdan məmnunam. Ermənistan-Azərbaycan münaqişəsinin həllində Türkiyənin ATƏT-in və Minsk Qrupunun üzvü və regionun lider ölkəsi kimi vacib rolunu bir daha təsdiq etdik”.
Bu xəbər oxucular tərəfindən 103 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed